Gürcü jurnalistlər erməni vandalizminə məruz qalmış Cəbrayıl şəhər qəbiristanlığına baş çəkiblər - FOTO

Gürcü jurnalistlər ermənilərin dağıtdığı Cəbrayıl qəbiristanlığında

© APA | Gürcü jurnalistlər ermənilərin dağıtdığı Cəbrayıl qəbiristanlığında

# 21 sentyabr 2021 15:43 (UTC +04:00)

Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər çərçivəsində Cəbrayıl şəhər qəbiristanlığına baş çəkiblər.

APA-nın əməkdaşı xəbər verir ki, qonaqlar dağıdılmış qəbiristanlıqla tanış olub, qazılmış, məhv edilmiş qəbirlərə baxış keçiriblər.

Qəbiristanlıqda çəkiliş aparaq gürcü jurnalistlər erməni faşizminin izlərini gözləri ilə görüblər.

Onlara məlumat verilib ki, ermənilər 30 illik işğal dövründə dini abidələrlə yanaşı, azərbaycanlıların qəbiristanlıqlarını da dağıdıb, məzarlar üzərində vandalıq əməlləri törədiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR