Gürcü jurnalistlər Xudafərin körpülərində olub, Xudafərin kəndinin dağıntılarına baxıblar - FOTO

Gürcü jurnalistlər Xudafərin körpülərində

© APA | Gürcü jurnalistlər Xudafərin körpülərində

# 21 sentyabr 2021 14:41 (UTC +04:00)

Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər çərçivəsində Xudafərin körpülərində olub.

APA-nın əməkdaşı xəbər verir ki, onlar körpülərə baxış keçiriblər.

Qonaqlar işğal zamanı ermənilər tərəfindən dağıdılmış Xudafərin kəndində də olublar. Onlar ermənilərin kənddə törətdiyi dağıntıların şahidi olub, vandallığın izlərini gözləri ilə görüblər.

Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR