Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 29 sentyabr 2021 11:53 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.

Qeyd edək ki, İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR