Gürcüstanda baş vermiş insidentin tərəfləri arasında barışıq əldə olunub - VİDEO

Gürcüstanda baş vermiş insidentin tərəfləri arasında barışıq əldə olunub - <span class="red_color">VİDEO
# 17 may 2021 20:24 (UTC +04:00)

“Dmanisidə baş verən insidentə etnik problem kimi yanaşılmamalıdır”. 

Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin deputatı, Gürcüstanın Milli Təhlükəsizlik Şurası katibinin sabiq müavini Teona Akubardia deyib. 

Bildirib ki, hökumət baş verən hadisənin səbəblərini araşdırmalı və etnik məsələlərin manipulyasiya edilməsinin qarşısını almalıdır. 

“Dmanisidə vəziyyət gördüyümüz kimi çox gərgin idi. Buna baxmayaraq, heç kim bunu etnik problem prizmasından baxmamalıdır. Gürcüstan və Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə malikdir. Gürcüstan hökuməti bu faktı lazımi qaydada araşdırmalı, mümkün olan hər vasitə ilə dostcasına olmayan istənilən qrupların və ya tərəflərin etnik məsələləri gələcəkdə də manipulyasiya etməsinə mane olmalıdır”, - deyə Teona Akubardia bildirib.

Qeyd edək ki, bu gün Dmanisidə münaqişə tərəfləri arasında barışıq əldə olunub. Dmanisi meriyasında keçirilən görüş zamanı hər iki tərəfdən olan din xadimlərinin və dövlət nümayəndələrinin iştirakı ilə görüş baş tutub. Görüş zamanı tərəflər arasında barışıq əldə olunub.

Görüşdə mağazasına hücum edilən və fiziki zorakılığa məruz qalan azərbaycanlı sahibkar Qəşəm Şamilov da iştirak edib. O, sülh və birgəyaşayış naminə ona hücum edənləri bağışladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR