Gürcüstanın Baş naziri: “Azərbaycan bizim ölkəmizdə sərmayə baxımından uzun illərdir ki, lider olub”

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 29 sentyabr 2021 18:32 (UTC +04:00)

“Azərbaycan Gürcüstanın sadəcə dostu və qonşusu deyil, həmçinin əsas strateji, iqtisadi və ticari tərəfdaşlarından biridir”.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Hökumətlərarası birgə İqtisadi Şuranın iclasında deyib.

Bildirib ki, müəyyən faktorlara görə şuranın iclasını son 10 il ərzində keçirmək mümkün olmayıb.

İ.Qaribaşvili deyib ki, onun üçün qonşu və dost ölkənin paytaxtı Bakıda olmaq şərəfli və dəyərlidir: “Bu mənim bu il Bakıya ikinci səfərimdir. Biz ikitərəfli əlaqələrimizi, iqtisadi sahədə əməkdaşlığınızı yüksək qiymətləndiririk. Azərbaycan bizim ölkəmizdə sərmayə baxımından uzun illərdir ki, lider olub".

Baş nazir pandemiya dönəmində Azərbaycanın Gürcüstana göstərdiyi yardımlara da toxunub. "Pandemiya zamanı biz Azərbaycandan, dostlarımızdan böyük yardım qəbul etdik, buna görə mən sizə ictimai şəkildə təşəkkür etmək istəyirəm", - deyə İ. Qaribaşvili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR