Gürcüstanın Baş naziri: “Azərbaycan Prezidenti ilə görüşüm əla keçdi”

İrakli Qaribaşvili, Prezident İlham Əliyev

© APA | İrakli Qaribaşvili, Prezident İlham Əliyev

# 29 sentyabr 2021 15:57 (UTC +04:00)

Azərbaycan Prezidenti ilə Azərbaycan-Gürcüstan əlaqələri və regional transformasiyaya dair müzakirələr apardıq və görüş əla keçdi.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter”də bildirib.

Baş nazir qeyd edib ki, söhbət zamanı ikitərəfli əhəmiyyət daşıyan mövzulara, strateji tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni sahələrə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR