Gürcüstanın xarici işlər naziri ATƏT-in Baş katibi ilə görüşüb

Maria Helqa Şmid və David Zalkaliani

© APA | Maria Helqa Şmid və David Zalkaliani

# 15 iyun 2021 13:32 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə səfərdə olan ATƏT-in Baş katibi Maria Helqa Şmidlə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə XİN başçısı özünün “Twitter” hesabında paylaşım edib.

Bildirib ki, görüş zamanı Gürcüstanın regional təhlükəsizlikdəki rolu, işğal altındakı Abxaziya və Tsxinvali bölgələrindəki vəziyyətə dair müzakirələr aparılıb.

D. Zalkaliani Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə görə ATƏT-ə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR