Gürcüstanlı jurnalist və blogerlər Ağdama səfər edib - VİDEO

Gürcüstanlı jurnalist və blogerlər Ağdamda

© APA | Gürcüstanlı jurnalist və blogerlər Ağdamda

# 23 sentyabr 2021 16:10 (UTC +04:00)

Gürcüstandan olan bir qrup jurnalist və bloger bu gün Ağdama səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksi ilə tanış olublar.

Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verib, Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağılmış qəbiri göstərilib.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR