Hikmət Çətin: “Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ən mühüm toplantılarından biridir”

Hikmət Çətin

© APA | Hikmət Çətin

# 04 noyabr 2021 16:46 (UTC +04:00)

“Mən 1990-cı ilin əvvəllərində Bakının çox ağır günlərini görmüşəm. Xarici işlər naziri olanda gülən insanları az görürdüm, hər kəs sıxıntı içində idi”.

APA-nın məlumatına görə, bunu Türkiyənin sabiq xarici işlər naziri, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin deyib.

O bildirib ki, böyük zəfərin qazanılmasından sonra Bakıya gəlməkdən çox böyük sevinc hissi keçirir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu forum çox əhəmiyyətli tədbirdir. Mərkəzin bütün toplantılarına qatılmışam. Bu, ən mühüm toplantılarından biridir. Çünki COVİD-19-un bütün dünyanı işğal etdiyi bir dövrdə keçirilir. Pandemiya hələ də davam edir. Amma Mərkəzin bu şəkildə forumda toplanması son dərəcə əhəmiyyətlidir. Forumda COVİD-19-dan sonrakı dünya barədə danışırıq. Dünya COVİD-19-dan sonra başqa dünya olacaq, hər şey çox dəyişəcək. İqtisadi, sosial, internet ortamında, sosial mediada hər şey böyük ölçüdə dəyişəcək. Sağlamlıqla bağlı insanlara çox şey öyrədiləcək. Dünyada COVİD-19-dan sonra yeni mövzular müzakirə edilir”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR