Hikmət Hacıyev: "Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək" - VİDEO - YENİLƏNİB

Prezidentin köməkçisi Hikmət Hacıyev

© APA | Prezidentin köməkçisi Hikmət Hacıyev

# 30 iyul 2021 11:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”,-deyə Hikmət Hacıyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR