Hulusi Akar: “Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı dostluq əlini tutmalıdır”

Hulusi Akar

© APA | Hulusi Akar

# 16 noyabr 2021 12:51 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” tarixi bir addımdır.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində (TBMM) gələn ilin büdcə müzakirələri zamanı bildirib.

““Şuşa Bəyannaməsi sadəcə iki ölkənin yox, bütün Qafqazın inkişafı və sabitliyi üçün də böyük əhəmiyyət daşıyır. Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq platforması” təklifimiz daxil olmaqla fürsətləri yaxşı dəyərləndirməlidir. “İki dövlət, tək millət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanlarında olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR