İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

İbrahim Kalın

© APA | İbrahim Kalın

# 30 noyabr 2021 16:35 (UTC +04:00)

Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

APA-nın xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının sözcüsü bu barədə "Twitter"də paylaşım edib.

"Qardaş Azərbaycan ordusuna məxsus hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğradığını böyük kədər hissi ilə öyrəndim. Bu faciəvi qəzada şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Bir Millət, İki Dövlətin başı sağ olsun", - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR