ICBL: Dağlıq Qarabağ münaqişəsinin ölümcül mirası insanların həyatını almaqda davam edir

ICBL: Dağlıq Qarabağ münaqişəsinin ölümcül mirası insanların həyatını almaqda davam edir
# 05 iyun 2021 00:08 (UTC +04:00)

Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya (ICBL) Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə "Twitter"də paylaşım edilib.

"Bu gün Azərbaycandan mülki mina itkiləri ilə bağlı dəhşətli xəbər gəldi. Dağlıq Qarabağ münaqişəsinin ölümcül mirası insanların həyatını almağa davam edir", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR