Hacı Ali Açıqgül: “Hazırlayacağımız hesabat İƏT Xarici İşlər Nazirləri Toplantısında müzakirəyə çıxarılacaq”

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül

© APA | İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül

# 23 sentyabr 2021 10:26 (UTC +04:00)

“İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası insan hüquqları ilə bağlı fəaliyyət göstərən müstəqil bir komimissiyadır”.

APA-nın məlumatına görə, bunu İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilat olaraq erməni işğalı və savaş dövründə yol verilən insan hüquqları pozuntularını beynəlxalq insan hüquqları konvensiyaları çərçivəsində, mədəni haqlardan insan haqlarına, ətraf mühitdən dini haqlara qədər yol verilən pozuntular barədə hesabat hazırlayacaqlar: “Bu hesabatı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısına təqdim edəcəyik”.

Hacı Ali Açıqgül bu gün Azərbaycan hökumət üzvləri ilə bir sıra görüşlər keçirəcəklərini də söyləyib: “Sabah isə hüquqları pozulanların bir qismi ilə görüşərək hesabat hazırlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR