İƏT OA-nın nümayəndə heyəti Ağdamda İmarət kompleksini ziyarət edib - FOTO

İƏT OA-nın nümayəndə heyəti İmarət kompleksində

© APA | İƏT OA-nın nümayəndə heyəti İmarət kompleksində

# 17 sentyabr 2021 15:22 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksini ziyarət edib.

APA-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti ermənilərin Pənahəli xanın İmarət kompleksində törətdiyi vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı ilə tanış olublar.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrini dağıtdığını, şəhərləri, kəndləri yerlə bir etdiyi barədə ətraflı məlumatlandırıb.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və digər şəxslər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR