İƏT OA nümayəndə heyəti Cıdır düzündə olub, səfər başa çatıb - FOTO - VİDEO

İƏT OA nümayəndə heyəti Şuşada Cıdır düzündə

© APA | İƏT OA nümayəndə heyəti Şuşada Cıdır düzündə

# 16 sentyabr 2021 18:47 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Cıdır düzündə olub.

APA-nın əməkdaşı xəbər verir ki, nümayəndə Cıdır düzünü gəzib, ətrafı seyr ediblər. Bununla da, nümayəndə heyətinin Şuşaya səfəri baş çatıb.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edib.

Şuşada həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR