İƏT OA nümayəndə heyəti ermənilərin Aşağı Gövhər Ağa məscidində törətdiyi dağıntılara baxıb - FOTO - VİDEO

İƏT OA nümayəndə heyəti Aşağı Gövhər Ağa məscidində

© APA | İƏT OA nümayəndə heyəti Aşağı Gövhər Ağa məscidində

# 16 sentyabr 2021 17:18 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Aşağı Gövhər Ağa məscidini ziyarət edib.

APA-nın əməkdaşı xəbər verir ki, nümayəndə heyəti məscidə baxış keçirib, ermənilərin işğal dövründə məsciddə törətdiyi dağıntıların şahidi olublar.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edir.

Şuşa şəhərində həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR