İƏT OA nümayəndə heyəti Şuşada Vaqifin məqbərəsini ziyarət edib - FOTO - VİDEO

İƏT OA nümayəndə heyəti Şuşada Vaqifin məqbərəsini ziyarəti

© APA | İƏT OA nümayəndə heyəti Şuşada Vaqifin məqbərəsini ziyarəti

# 16 sentyabr 2021 18:23 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Vaqifin məqbərəsini ziyarət edib.

APA-nın əməkdaşı xəbər verir ki, nümayəndə heyəti məqbərəyə baxış keçirib, burada aparılmış bərpa işləri ilə tanış olub.

Məlumat verilib ki, ermənilər işğal zamanı digər abidələr kimi, dahi Azərbaycan şairi, Qarabağ xanının vəziri olmuş Vaqifin məzarını da vandallığa məruz qoyub, məqbərəsini dağıdıblar.

Şuşa işğaldan azad ediləndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Vaqifin məzarının üstü yenidən götürülüb, məqbərə əvvəlki formasına uyğun bərpa edilib. Bir neçə gün əvvəl isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məqbərənin açılışı olub.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR