İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti azad olunmuş ərazilərə səfər edəcək

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 15 sentyabr 2021 10:47 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti Azərbaycana gəlib".

APA-nın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə gprə, bir neçə gün ərzində Ermənistanın Azərbaycana qarşı işğal zamanı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terror yerində araşdırılacaq: “Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə gedəcəyik”.

S.Əliyeva qeyd edib ki, səfərin yekununda bəyanatın qəbul olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR