İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib
# 15 sentyabr 2021 01:11 (UTC +04:00)

Azərbaycan Ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti cənab Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

APA xəbər verir ki, Ombudsman xanım Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR