İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib - FOTO

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

© APA | İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

# 15 sentyabr 2021 10:19 (UTC +04:00)

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.

APA-nın məlumatına görə, S.Əliyeva Türkiyə və Pakistan Ombudsman nümayəndə heyəti ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR