İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada Bülbülün ev muzeyində olub - VİDEO

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada Bülbülün ev muzeyində

© APA | İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşada Bülbülün ev muzeyində

# 16 sentyabr 2021 18:06 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya faktaraşdırıcı missiya çərçivəsində Bülbülün ev muzeyində olub.

APA-nın əməkdaşı xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyinin işğal zamanı ermənilər tərəfindən dağıdıldığı, talan edildiyi, evin həyətindəki büstünün də vandallığa məruz qaldığı barədə məlumat verilib.

Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra digər tarixi, dini və mədəni abidələr kimi, Bülbülün ev muzeyi də bərpa olunub və bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutub.

Nümayəndə heyəti ev muzeyini gəzib, Bülbülün şəxsi əşyaları ilə tanış olub.

Qonaqlar Bülbülün ermənilər tərəfindən güllələnərək dağıdılmış əvvəlki büstü və işğaldan sonra hazırlanan yeni büstünə də baxış keçiriblər.

Qeyd edək ki, səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR