İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya səfər edib - VİDEO

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Şuşaya səfər edib - VİDEO
# 16 sentyabr 2021 15:06 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

APA-nın məlumatına görə, səfərdə İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edirlər.

Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərində sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR