İran Araşdırmaları Mərkəzinin direktoru: “Azərbaycanın qələbəsi regionda 6 ölkənin bir araya gəlməsi üçün fürsətdir”

Haqqı Uyğur

© APA | Haqqı Uyğur

# 22 sentyabr 2021 10:23 (UTC +04:00)

“Bu gün Qarabağda erməni məsələsi və “Taliban” aktualdır. Türkiyə “Taliban”a təsir etmək, əlaqə yaratmaq istəyirdi. Əfsus ki, biz hələ heç nəyə nail olmamışıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur bu gün BMTM-də keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycan, Türkiyə və İranın çox oxşar xüsusiyyətləri var: “Biz hazırkı qlobal sistemdə oxşar çağırışlarla qarşı-qarşıyayıq. Üç ölkə birlikdə Qərb qüvvələrinin oxşar təzyiqləri ilə üzləşib. Bəzi Qərb ölkələri terrorçulara dəstək göstərir, onlar İrana qarşı qatı sanksiyalar tətbiq edir. Əməkdaşlıqdan danışırıqsa, biz bütün problemləri müzakirə etməliyik. Bu problemlər 30 ildir yığılıb qalıb. Türkiyə Prezidenti Azərbaycanın qələbəsindən sonra qeyd etmişdi ki, regionda 6 ölkə bir araya gəlməlidir. Bu qələbə 6 ölkənin bir araya gəlməsi üçün fürsətdir. Bu ölkələr bir araya gəlsə, biz bir çox problemləri həll etmiş olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR