İran Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

© APA | Prezident İlham Əliyev, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

# 25 may 2021 18:50 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın torpaqlarını azad etməsi ilə bağlı təbriklərini çatdırıb.

APA-nın məlumatına görə, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə bildirib.

“Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR