İran XİN: Azərbaycanla gərginlik arxada qaldı, əlaqələr yeni mərhələyə qədəm qoyub

Səid Xətibzadə

© APA | Səid Xətibzadə

# 22 noyabr 2021 13:36 (UTC +04:00)

Tehran-Bakı münasibətləri ilə bağlı yaxşı xəbərlər olacaq.

Bunu APA-nın müxbirinə açıqlamasında İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfərini şərh edərkən deyib.

“İki ölkənin əlaqələrində mətbuat tərəfindən lazımsız yerə yaradılan və istənilməyən gərginlik hər iki tərəfin ağıllı davranışı ilə geridə qaldı. İki ölkənin əlaqələri yeni mərhələyə qədəm qoyub və səfər bu məqsədlə baş tutmuşdu”, - S. Xətibzadə vurğulayıb.

Onun sözlərinə görə, Ş. Mustafayevin İrana səfəri çərçivəsində ölkələr arasında bir çox layihə haqda müzakirələr aparılıb.

XİN sözçüsü vurğulayıb ki, yaxın həftələrdə müxtəlif səviyyəli rəsmilərin qarşılıqlı səfərləri də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR