İran XİN: Cavad Zərifin Bakı səfərində ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub

Səid Xətibzadə

© APA | Səid Xətibzadə

# 31 may 2021 10:57 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə APA-nın Tehran bürosunun sualına cavabında deyib.

“Cavad Zərifin Azərbaycana səfəri öncədən aparılmış danışıqların davamında həyata keçirilib və əldə olunmuş razılıqların icrası, Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin davamlı olması, eləcə də İran və Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsi məqsədilə baş tutub”, - deyə XİN rəsmisi vurğulayıb.

S. Xətibazadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinə də münasibət bildirib. O qeyd edib ki, Ş. Mustafayevin səfəri çərçivəsində müştərək iqtisadi layihələr haqqında detallı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR