İranlı nazir müavini: “İkitərəfli münasibətlərin daha effektiv üçtərəfli formata çevrilmə potensialı barədə düşünürük”

Məhəmməd Kazım Səccadpur

© APA | Məhəmməd Kazım Səccadpur

# 22 sentyabr 2021 10:15 (UTC +04:00)

“Araşdırma mərkəzlərinin üçtərəfli müzakirələrində iştirak etmək üçün Bakıya səfər etmək mənim üçün xoşdur. Bildiyiniz kimi, bu müzakirələrdə Azərbaycan, İran və Türkiyənin araşdırma mərkəzləri iştirak edir. Bizim hər birimizin arasında çox yaxşı ikitərəfli münasibətlər var, lakin biz düşünürük ki, həmçinin, üçtərəfli format üzərində də işləməliyik”.

APA-nın məlumatına görə, bunu Bakıda İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur deyib.

O bunun araşdırma və beyin mərkəzlərinin görüşü olduğunu bildirib: “Bu onu ifadə edir ki, biz region barədə, mövcud ikitərəfli münasibətlərin daha effektiv üçtərəfli formata çevrilmə potensialı barədə düşünürük. Ona görə də bu görüşün hamımız üçün böyük önəmi var. İnanırıq ki, beyin mərkəzləri hər hansı ikitərəfli münasibətlərdə rol oynayır, bu, münasibətlərin bir parçasıdır. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, biz görüşlərdə daha effektiv regional əməkdaşlığı müzakirə edəcəyik. Biz bu gün öz təhlillərimizi paylaşmaq istəyirik.

Burada digər məqsəd əlaqələrin yaradılması və körpü rolunu oynamaqdır. Sonuncu isə əməkdaşlıqdır. Yəni belə bir toplantının özü bizim doğru yolu seçməyimizdir. Bu yolla biz əməkdaşlığın ən əlverişli yolunu seçmiş oluruq. Bu, istər ikitərəfli, istərsə də üçtərəfli əməkdaşlığın dərinləşməsinə səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR