İsrail səfiri: “Biz hər zaman Ermənistana demişik ki, Azərbaycanla münasibətlərimiz kiməsə qarşı deyil”

Corc Dik

© APA | Corc Dik

# 02 dekabr 2021 16:54 (UTC +04:00)

“Biz hər zaman Ermənistandan olan həmkarlarımıza demişik ki, Azərbaycanla münasibətlərimiz kiməsə qarşı deyil. Təəssüf ki, Ermənistan səfirini İsraildən geri çağırdı”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, İsrail Ermənistanla da yaxşı münasibətlər qurmaq istəyir: “Ancaq bu, Azərbaycanla münasibətlərimizə təsir edə bilməz. Biz istəyirik ki, bu regionda sülh, sabitlik olsun. Regionun inkişafı üçün bu, vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR