İsrail səfiri: “Heç bir üçüncü dövlət Azərbaycanla münasibətlərimizə mane ola bilməz” - VİDEO

Corc Dik

© APA | Corc Dik

# 26 oktyabr 2021 14:07 (UTC +04:00)

“Biz Azərbaycanla dostluğu dəyərləndiririk”.

APA-nın xəbərinə görə bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrailin hər tərəfindən olan, müxtəlif texnologiyalar tətbiq edən şirkətlərin təmsil olunduğunu bildirən diplomat bunu İsrail və Azərbaycan arasında dostluq və inkişaf edən münasibətlərin simvolu adlandırıb.

"Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox işbirliyi görəcəyimə ümid edirəm", - deyə səfir Corc Dik deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR