Vətən Müharibəsində həlak olanların xatirəsi İsrail səfirliyində bir dəqiqəlik sükutla yad edilib

İsrail səfiri Corc Dik

© APA | İsrail səfiri Corc Dik

# 27 sentyabr 2021 12:21 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfirliyi Vətən Müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

"Bu gün Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq", - səfirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR