İsrail və Mərakeşin Azərbaycandakı səfirləri görüşüb

Corc Dik, Adil Embarş

© APA | Corc Dik, Adil Embarş

# 18 avqust 2021 15:55 (UTC +04:00)

İsrail və Mərakeşin Azərbaycandakı səfirləri görüşüb.

APA-nın xəbərinə görə, İsrail səfiri Corc Dik bu barədə "Twitter" hesabında paylaşım edib.

"İsrail və Mərakeş arasında normallaşma razılaşması sülh üçün böyük addımdır. Bu gün dostum, Mərakeş səfiri Adil Embarşla görüşdüm. Biz tarixi, mədəniyyəti və bölgənin gələcəyini ərəbcə müzakirə etdik", - deyə İsrail diplomatı bildirib.

Xatıraldaq ki, 2020-ci il dekabrın 10-da ABŞ hökuməti İsrail-Mərakeş normallaşma razılaşmasının əldə olunduğunu elan edib. Bu müqavilə ilə İsrail və Mərakeş münasibətləri normallaşdırmağa başlamağa razılaşıblar. 2020-ci il dekabrın 22-də birbaşa uçuşların açılması ilə bağlı işlərin sürətləndirilməsi, iqtisadi əməkdaşlığı təşviq etmək, ofislərin yenidən açılması və sülh, dostluq əlaqələrinin yaradılması barədə birgə bəyannamə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR