Kaladze: “Bakı və Tbilisinin qardaşlaşması haqda memorandum xalqlarımızın marağına cavab verir”

Kaxa Kaladze

© APA | Kaxa Kaladze

# 14 iyul 2021 12:14 (UTC +04:00)

“Bakı günü-gündən gözəlləşir”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda səfərdə olan Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin şəhərin yaşıllaşmasına xüsusi diqqət ayırdığı görünür.

“Bu gün Prezident İlham Əliyevlə görüşümüz oldu. Görüşdə ölkələrimiz arasında strateji əməkdaşlıq müzakirə edildi. Eyni zamanda, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandumun xalqlarımızın marağına cavab verdiyi vurğulandı”, - deyə K. Kaladze vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR