Kəmaləddin Heydərov: “Qətər iş adamlarını işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə dəvət edirik"

Kəmaləddin Heydərov

© APA | Kəmaləddin Heydərov

# 18 oktyabr 2021 12:56 (UTC +04:00)

“Azərbaycanla Qətər arasında 1994-cü ilədək qoyulan əməkdaşlıq bu gün uğurla davam etdirilir”.

APA-nin məlumatına görə, bunu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov komissiyanın Bakıda keçirilən iclasında deyib.

Nazir bildirib ki, dövlət başçılarının apardığı məqsədli siyasət nəticəsində Qətər dövləti ilə Azərbaycan arasında münasibətlər bir çox istiqamətdə uğurla inkişaf etdirilib: "Artıq Azərbaycanla Qətər arasında qısamüddətli səfər zamanı viza problemi bu gün həll edilib.

Azərbaycan Ordusu 44 günlük müharibə zamanı Ermənistanı 30 il işğalda saxladığı ərazilərimiz işğaldan azad edib. Artıq bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Hazırda həmin ərazilərdə quruculuq işləri görülür. Qətər iş adamlarını həmin ərazilərdə bərpa işlərinə dəvət edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR