Kokand şəhəri Türk Şurasının ilk turizm paytaxtı elan olunub

Kokand şəhəri Türk Şurasının ilk turizm paytaxtı elan olunub
# 24 iyun 2021 12:17 (UTC +04:00)

Özbəkistanın Kokand şəhəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) turizm paytaxtı elan olunub.

APA-nın Özbəkistanın hökumət portalına istinadən verdiyi xəbərə görə, bu qərar bu gün Kokand şəhərində keçirilən Türk Şurası ölkələrinin turizm nazirlərinin 6-cı iclasında qəbul olunub.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Əziz Abduhakimov Kokand şəhərinin namizədliyini irəli sürüb. Təklif iştirakçılar tərəfindən dəstəklənib və Kokand Türk Şurasının ilk turizm paytaxtı elan olunub.

Rəmzi açar Kokandın bələdiyyə sədri Marufcon Usmanova təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR