Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb

Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb
# 09 noyabr 2021 09:02 (UTC +04:00)

Azərbaycanın Zəfər Günü münasibətilə Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağın rəngləri ilə işıqlandırılıb.

Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək sözləri” əks olunub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR