Kreml: Qarabağ məsələsi ilə bağlı Azərbaycanla daim kontaktdayıq

Kreml: Qarabağ məsələsi ilə bağlı Azərbaycanla daim kontaktdayıq

© APA | Dmitri Peskov

# 08 iyul 2021 14:39 (UTC +04:00)

Qarabağ məsələ ilə bağlı üçtərəfli sazişlərin icrasına dair Azərbaycanla əlaqələr daimi xarakter daşıyır.

APA-nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında iyulun 7-də Moskvada Putin-Paşinyan görüşünün baş tutmasından sonra Azərbaycan tərəfi ilə də hər hansı danışıqların gözlənildiyinə dair suala cavabında bildirib.

“Azərbaycan tərəfi ilə kontaktlar daimi əsaslarda davam edir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi çox vacib və alternativsizdir. Bu çərçivədə də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə kontaktlar həyata keçirilir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR