Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək
# 23 noyabr 2021 16:17 (UTC +04:00)

2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında atəşkəs haqqında bəyanatın imzalanmasının ildönümünə təsadüf edən üçtərəfli danışıqlar keçiriləcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya dövlət başçısının təşəbbüsü ilə keçiriləcək danışıqlarda üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır.

Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.

Kremlin məlumatında o da qeyd olunub ki, V. Putinlə Azərbaycan və Ermənistan liderləri arasında ayrıca danışıqlar da nəzərdə tutulur.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR