Latviya Prezidenti Azərbaycana pandemiya ilə mübarizəyə dəstəyinə görə təşəkkür edib

Latviya Prezidenti Eqils Levits

© APA | Latviya Prezidenti Eqils Levits

# 04 noyabr 2021 10:56 (UTC +04:00)

“Biz sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalıyıq. Pandemiya dövründə biz elmə, peyvəndə inamsızlığı görürük”.

APA-nın məlumatına görə, bunu bu gün Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.

Latviya Prezidenti Azərbaycana pandemiya ilə bağlı mübarizəyə, təşəbbüslərə dəstəyinə görə təşəkkür edib: “Biz bir gün ya COVİD-19-a qalib gələcəyik, ya da onunla yaşamağı öyrənəcəyik. İqlim dəyişikliyi ilə mübarizə COVİD-19-la mübarizədən daha çətindir. Bakı Qlobal Forumu bu problemləri müzakirə etmək, mübarizə aparmaq üçün çox gözəl platformadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR