Latviyanın sabiq prezidenti: “Qlobal Bakı Forumu yeni ideyalar üçün platformadır”

Valdis Zatlers

© APA | Valdis Zatlers

# 04 noyabr 2021 16:23 (UTC +04:00)

“İştirakçı ölkələr bu cür tədbirlərdən mövcud problemlərin müzakirə olunması məqsədilə istifadə etməlidir”.

APA-nın xəbərinə görə, bunu VIII Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq prezidenti Valdis Zatlers jurnalistlərə bildirib.

O, Qarabağ münaqişəsinin geridə qaldığına diqqət çəkərək, region üçün yeni səhifənin başlandığını vurğulayıb: “Deyə bilərik ki, Qafqazda bir daha müharibə olmayacaq. Qarabağ məsələsi özünün həllini tapıb. Bu gün qarşımızda başqa problemlər dayanıb. Ölkələr arasındakı dialoqu prioritetə çevirmək lazımdır. Qlobal Bakı Forumu yeni ideyalar üçün platformadır. Baxın, burada nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Bu gün Qlobal Bakı Forumu digər dünya miqyaslı tədbirlərlə birlikdə qlobal məcrada əhəmiyyətli yer tutur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR