Lavrov Ermənistanın yeni XİN başçısı ilə görüşüb - VİDEO

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 31 avqust 2021 15:26 (UTC +04:00)

Qarabağ nizamlanması ilə bağlı vəziyyət danışıqlarımızda ayrıca mövzudur.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanla Moskvada görüşü zamanı bildirib.

“Burada bir sıra məsələlər var ki, onları birbaşa dövlət başçıları müzakirə edir. Elə məsələlər də var ki, gündəlik əsasda onları bizim hərbçilərimiz, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə həll edirlər. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup fəaliyyət göstərir. Ona görə də, hesab edirəm ki, bizim əhatəli gündəliyimiz var”, - deyə S. Lavrov erməni həmkarı ilə görüşündə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR