Lavrov İranın “altılıq platforma”sına müsbət yanaşdığını bildirib

Sergey Lavrov,  Hüseyn Əmir Abdullahian

© APA | Sergey Lavrov, Hüseyn Əmir Abdullahian

# 06 oktyabr 2021 14:46 (UTC +04:00)

Bugünkü görüşdə “altılıq platforma”sının yaradılması təşəbbüsünü müzakirə etdik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

S. Lavrov İran tərəfinin “altılıq platforma”sına müsbət yanaşdığını qeyd edib.

“Rusiya bir il bundan əvvəl Qarabağda müharibənin dayandırılmasında həlledici rol oynayıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli birgə bəyanatında nizamlanmanın gələcək addımları, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı işlər qeyd olunub. Bundan təkcə Ermənistan və Azərbaycan deyil, Cənubi Qafqaz ölkəsi kimi Gürcüstan, eyni zamanda, Cənubi Qafqaz respublikalarına yaxın qonşu kimi İran, Rusiya və Türkiyə də qazanır. Bu kontekstdə biz “altılıq platforması”nın yaradılması təşəbbüsünü müzakirə etdik. Üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu: Rusiya, İran və Türkiyə. İranlı dostlarımız bu təşəbbüsə müsbət yanaşır. Bu cür münasibəti biz Azərbaycan və Türkiyədən də görürük. Erməni həmkarlarımızla bu mövzuda işləyirik. Ümid edirik ki, Gürcüstan da yaşadığı bütün həyəcanlara və problemlərə baxmayaraq, bu cür məsləhətləşmələr mexanizminin yaradılmasında öz köklü maraqlarını görə biləcək və uzun müddət mövcud münaqişələrə görə inkişaf edə bilməyən regionun sürətli şəkildə inkişafı üçün qərarları razılaşdıra biləcək”, - Rusiya XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR