Lavrov: “Türkiyənin Qarabağda atəşkəsə nəzarət prosesinə cəlb olunması sabitləşdirici faktordur”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 09 iyun 2021 12:45 (UTC +04:00)

Türkiyənin Qarabağda atəşkəsə nəzarət prosesinə cəlb olunması sabitləşdirici faktordur.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda bildirib.

“Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyət göstərir. Azərbaycan ərazisindən texniki vasitələrdən istifadə olunmaqla yerdə baş verənlərin birgə müşahidəsi təmin olunur. Bu, ümumi razılığın çox faydalı komponentidir və türkiyəli həmkarlarımızın prosesə cəlb olunmasını hiss etdirir. Bu, sabitləşdirici faktordur”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR