Leyla Abdullayeva: "Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb"

Leyla Abdullayeva

© APA | Leyla Abdullayeva

# 17 iyul 2021 17:55 (UTC +04:00)

“Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb”.

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə brifinqdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.

“O ki, qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına bu, Paşinyanın riyakarlığından başqa bir şey deyil. Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb”, - deyə L. Abdullayeva vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR