Leyla Abdullayeva: “Ermənistan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıyır”

Leyla Abdullayeva

© APA | Leyla Abdullayeva

# 11 oktyabr 2021 13:58 (UTC +04:00)

“Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə görə tam məsuliyyət daşıyır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə vəhşicəsinə hücumu və bunun nəticəsində azyaşlılar da daxil olmaqla mülki əhalini qətlə yetirməsi və yaralamasından bir il ötür. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə görə tam məsuliyyət daşıyır”, - XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR