Leyla Abdullayeva: "Ermənistandakı müəssisələr zəhərli tullantıları Oxçuçaya axıdaraq bölgənin ətraf mühitini zəhərləyir"

Leyla Abdullayeva, XİN Mətbuat xidməti idarəsinin rəisi

© APA | Leyla Abdullayeva, XİN Mətbuat xidməti idarəsinin rəisi

# 28 iyul 2021 19:22 (UTC +04:00)

"Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir.

"İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!", Azərbaycan XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR