Leyla Abdullayeva: "Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatı üçtərəfli bəyanatın pozulmasıdır"

Leyla Abdullayeva

© APA | Leyla Abdullayeva

# 27 may 2021 10:22 (UTC +04:00)

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR