Litva Seyminin spikeri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Viktoriya Semilte-Nielsen

© APA | Viktoriya Semilte-Nielsen

# 28 may 2021 10:50 (UTC +04:00)

Litva Seyminin spikeri Viktoriya Semilte-Nielsen Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Litva Seyminin spikeri “Twitter”də bildirib.

“Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm! Azərbaycan xalqına sülh və uğur arzu edirəm. Azərbaycan Parlamentinin nümayəndə heyətini və Parlamentin sədri Sahibə Qafarovanı Litva Seymində qarşılamağı səbirsizliklə gözləyirəm”, - deyə Viktoriya Semilte-Nielsen qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR