Liviyanın müvəqqəti işlər vəkili: “Şuşa bütün İslam ölkələrinin ürəyindədir” - VİDEO - YENİLƏNİB

Əşrəf Adəm

© APA | Əşrəf Adəm

# 09 iyul 2021 21:58 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 19:15

“Məni Şuşaya dəvət etdiyi üçün Azərbaycan hökumətinə minnətdaram”.

APA-nın xəbərinə görə, bu barədə Şuşada səfərdə olan Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şuşa bütün ərəb və İslam ölkələrinin ürəyindədir.

“Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Şuşa qələbəsi tarixə həkk olunub. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın tacında ən qiymətli daşa bənzədib. O haqlıdır. Biz yaxın gələcəkdə Şuşaya qayıtmaq və yenidənqurmanın nəticələrini görmək istərdik”, - deyə liviyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR