Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 23 oktyabr 2021 13:22 (UTC +04:00)

Oktyabrın 24-də Böyük Britaniya Birləşmiş Krallığının paytaxtı Londonda 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin birinci ildönümünə həsr olunmuş bayram tədbiri keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirak edəcək.

Keçiriləcək aksiyada Böyük Britaniyadakı azərbaycanlı icmasının üzvləri, diplomatik korpusun nümayəndələri və Birləşmiş Krallığın deputatlarının iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR